Saatlıda mübahisə qanla bitib

22 Mart 2026 23:34

Saatlı rayon sakini həmkəndlisi tərəfindən qətlə yetirilib.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğlu mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Söhbətov Rizvan Məmmədağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Milli.Az