İran kompensasiya tələb edib

22 Mart 2026 22:25

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili İranın nüvə obyektlərinə son hücumlar nəticəsində dəyən ziyanı kompensasiya etməyə çağırıb.

Milli.Az xəbər verir ki, Əraqçi bu barədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda danışıb.

Hücumları beynəlxalq hüququn açıq-aşkar pozulması kimi qiymətləndirən XİN rəhbəri şuradan dərhal tədbir görülməsini tələb edib. (APA)

Milli.Az