Pezeşkian Hörmüzün hansı ölkələr üçün bağlandığını açıqladı

22 Mart 2026 20:42

Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Hörmüz boğazı İran ərazisinə hücum edənlər istisna olmaqla, bütün ölkələrdən gələn gəmilər üçün açıqdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsinə qarşı yönəlmiş çarəsizliyin sübutudur:

"Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hamı üçün açıqdır. Döyüş meydanında dəli təhdidlərə qarşı möhkəm dururuq".

Milli.Az