Azərbaycanda bu il "Son zəng" tədbiri 14 iyunda deyil, 12 iyunda keçiriləcək.
Milli.Az xəbər verir ki, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb.
Məlumata görə, tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyun tarixinin qeyri-iş günü olmasıdır.
Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" mərasimi bu il 12 iyunda baş tutacaq. /bakıvaxtı.az
Milli.Az