Ağır qəza - 7 yaşlı uşaq ÖLDÜ

22 Mart 2026 15:55

Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az