Çanaqqala döyüşünün 111-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirildi.
Konsertdə dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (baş xormeyster,
Xalq artisti Gülbacı İmanova) çıxış etdilər.
Proqram çərçivəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun "Çanaqqala-1915" oratoriyası
təqdim olundu. Əsər tarixi hadisələrin bədii-musiqi ifadəsi kimi tamaşaçılara dərin təsir
bağışladı.
Oratoriyada solistlər - Selcan Fermor-Hesketh (soprano), Günel Əsədova (mezzo-
soprano), Samir Cəfərov (tenor), Mahir Tağızadə (bariton) və Rüstəm Behrudi (bədii qiraət)
çıxış edərək əsərə xüsusi emosional çalarlar qatdılar.
Tədbir musiqisevərlərin alqışları ilə başa çatdı və Çanaqqala döyüşü qəhrəmanlarının
xatirəsinə ehtiram ifadə olundu.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az