Regionda gərginlik fonunda Fələstin rəhbərliyi İrana qarşı mövqe ortaya qoyub.
Milli.Az xəbər verir ki, Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix İranın Səudiyyə Ərəbistanına və region ölkələrinə qarşı hücumlarını pislədiyini bildirib.
Məlumata görə, o, bu barədə Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayef ilə telefon danışığı zamanı danışıb.
Tərəflər söhbət zamanı regiondakı son hadisələri müzakirə ediblər.
Fələstinli nazir qeyd edib ki, bu hücumlar yalnız Səudiyyə Ərəbistanına deyil, bütövlükdə Fars körfəzi ölkələrinə və regiona qarşı yönəlib.
O, həmçinin Fələstinin Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu vurğulayıb:
"Fələstin dövləti Krallığın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı bütün addımları dəstəkləyir".
Bununla da Fələstin regionda artan gərginlik fonunda Səudiyyə Ərəbistanına açıq siyasi dəstəyini ifadə edib. /Musavat.com
Milli.Az