“İsrail səmasını ələ keçiririk”

22 Mart 2026 14:30

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Kosmik Qüvvələrinin komandanı Seyid Məcid sərt açıqlama ilə çıxış edib.

Milli.Az xəbər verir ki, o, bu gecədən etibarən İsrail səması üzərində nəzarətin elan olunduğunu bildirib.

Komandanın sözlərinə görə, İran artıq "işğal altındakı ərazilərin səması üzərində raket nəzarəti" qurduğunu bəyan edir. O vurğulayıb ki, qarşıdakı hücum dalğalarında tətbiq olunacaq yeni taktika və buraxılış sistemləri ABŞ və İsrail komandirlərini ciddi şəkildə təəccübləndirəcək.

SEPAH rəsmisi əlavə edib ki, bu gecə işğal altındakı ərazilərin cənub səması saatlarla işıqlanacaq və bu, İranın hərbi gücünün nümayişi olacaq. /Musavat.com

Milli.Az