ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, bu barədə "Truth Social" hesabında yazıb: "Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək".
Bundan əvvəl, martın 11-də İran Silahlı Qüvvələrinin rəsmisi bildirmişdi ki, İran bu strateji marşrutdan ABŞ və müttəfiqləri ilə əlaqəli yanacaq daşımalarına icazə verməyəcək.
Martın 15-də isə rəsmi Tehran Hörmüz boğazında gəmiçilik üzərində nəzarət tədbirləri daxil olmaqla, bütün vasitələrdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
Milli.Az