"Kənardan nə qız almışam, nə qız vermişəm" - Əməkdar artist

22 Mart 2026 17:13

Əməkdar artist Yusif Mustafayev açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, tanınmış müğənni bu dəfə ailə qurmaq mövzusunda səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub. Öz həyatından nümunə gətirən sənətçi böyük ailədə böyüdüyünü vurğulayıb:

"10 övlad olmuşuq bir ailədə - 5 qardaş, 5 bacı. Hamısından da böyüyü mənəm".

Daha sonra ifaçı ailə dəyərlərinə yanaşmasından danışaraq diqqətçəkən fikirlər səsləndirib:

"Çalışmışam ki, kənardan nə qız alam, nə də qız verəm. Niyə yaxşısını verim ki, heyifdir, pisini verəm ki, ayıbdır. Pis də, yaxşı da özümün olub. İmkanlıya yox, kasıb təbəqənin adamına yaxın getmişəm. Həmişə belə olub bu. İndiyənə kimi, Şükür ki, ətrafımda başqa söz-söhbət olmayıb".

Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun fikirlərini ailə dəyərlərinə sadiqlik kimi qiymətləndirsə də, digərləri bu yanaşmanı müasir dövrlə uzlaşmadığını qeyd edərək tənqid ediblər.

Qısa zamanda geniş müzakirələrə səbəb olan açıqlama bir daha göstərdi ki, tanınmış simaların şəxsi baxışları cəmiyyətdə fərqli reaksiyalar doğurmağa davam edir.

Musa
Milli.Az