Müğənni Mənzurə Musayeva açıqlaması ilə sosial şəbəkələrdə tənqid olunub.
Milli.Az xəbər verir ki, milli mətbəximizin sevilən yeməklərindən olan yarpaq dolması ilə bağlı danışan sənətçi verdiyi cavabla müzakirələrə səbəb olub. Belə ki, o, dolmanın ölçüsünü səhv ifadə edərək "1 sm olur" deməsi ilə izləyicilərin diqqətini çəkib.
Sosial şəbəkə istifadəçiləri bu fikri birmənalı qarşılamayıb. Bəziləri sənətçinin bu sözlərini zarafat kimi dəyərləndirsə də, digərləri milli mətbəxlə bağlı belə bir səhvin yolverilməz olduğunu qeyd ediblər.
Mənzurə Musayevanın bu açıqlaması qısa zamanda yayılaraq həm tənqid, həm də gülüş doğuran mövzulardan birinə çevrilib.
Musa
Milli.Az