Goranboyda bıçaqlanma baş verib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qurbanzadə kəndində baş verib.
Fariz Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerəşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı M. Ə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az