Kubilayın müəmmalı ölümünə görə Aleynaya əlavə nəzarət tələbi

21 Mart 2026 23:00

Kubilay Kundakçı cinayətində şübhəli qismində saxlanılan Aleyna Kalaycıoğlu üçün nəzarətdə saxlanılma tələbi irəli sürülüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq orqanları silahlı hücumun bütün detallarını araşdırmaq üçün əlavə vaxtın tələb olunduğunu qeyd edib.

Prokurorluğun təqdimatı əsasında Aleyna Kalaycıoğlunun saxlanma müddətinin uzadılması məsələsinə baxılacağı gözlənilir.

Hazırda onun dindirilməsinin davam etdiyi qeyd olunur.

Hadisə ilə bağlı araşdırmalar davam edir və cinayətin motivi, eləcə də digər şübhəli şəxslərin olub-olmaması istiqamətində istintaq tədbirləri aparılır. ("Qafqazinfo")

Milli.Az