II Qareginin Ermənistandan çıxışına icazə verilmədi

21 Mart 2026 16:08

Bütün ermənilərin Katolikosu II Qaregin Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək məqsədilə Tbilisiyə getmək üçün icazə ala bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə vəkil Ara Zohrabyan sosial şəbəkədə paylaşım edib.

Katolikosun dəftərxanası Gürcü Patriarxlığından martın 22-nə təyin edilmiş matəm mərasimi və liturgiyada iştirak üçün rəsmi dəvət alıb. Vəkil qonşu ölkədəki matəm mühitini nəzərə alaraq II Qareginin mərasimdə iştirakı üçün müvəqqəti xaricə çıxış icazəsi ilə bağlı müraciət edib, lakin bu müraciət rədd edilib.

Daha əvvəl, martın 19-da Ermənistan Baş naziri Nikol Paşinyan II Qareginin gürcü patriarxının dəfnində iştirakı məsələsinin gündəmdə olmadığını bildirib.

Xatırladaq ki, fevral ayında Katolikosa qarşı cinayət işi başlanılıb. Həmin iş əsasında ona ölkədən çıxış qadağası tətbiq edilib.

Milli.Az