Evdə partlayış - Yaralanan var

21 Mart 2026 14:36

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

Milli.Az-ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyevin yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az