Pezeşkian müraciət etdi

21 Mart 2026 13:43

İran Prezidenti Məsud Pezeşkian İslam ölkələri və qonşu dövlətlərinə müraciət edib.

Milli.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Dövlət başçısı bildirib ki, İran nə İslam ölkələri, nə də qonşu dövlətlərlə qarşıdurma niyyətində deyil.

Pezeşkian vurğulayıb ki, Yaxın Şərqdə gərginliyin artması yalnız İsrailin maraqlarına xidmət edir. O, İslam dünyasına və qonşu ölkələrə səslənərək, onların qardaş olduqlarını və qarşılıqlı münaqişədən uzaq durmağın vacibliyini qeyd edib.

"İslam ölkələrinə və əziz qonşularımıza müraciət edirəm: siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişə istəmirik", - deyə İran Prezidenti əlavə edib. /Metbuat.az

Milli.Az