Uşaqların davasına ailələr qoşuldu: 3 ölü, 22 yaralı

21 Mart 2026 11:55

Türkiyənin Hatay vilayətində iki ailə arasında dava 3 nəfərin ölümünə səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uşaqlar arasında başlayan mübahisə qısa müddətdə ailələrinin də qoşulması ilə böyüyüb.

Belə ki, tərəflər daş, dəyənək və odlu silah istifadə edib. Hadisə nəticəsində biri qadın olmaqla 3 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.

Faktla bağlı 6 şübhəli saxlanılıb.

Milli.Az