İran buna hazırdır - Əraqçi

21 Mart 2026 08:57

Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo" agentliyinə verdiyi müsahibədə bildirib.

"Biz boğazı bağlamadıq. O, açıqdır", - deyə nazir bildirib.

Agentikdən verilən məlumata əsasən, Əraqçi bildirib ki, Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələr artıq başlayıb.

Milli.Az