Tramp: Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi

21 Mart 2026 00:19

ABŞ prezidenti Donald Tramp Ukraynanın İranla bağlı vəziyyətdə ABŞ-a heç bir kömək göstərmədiyini və Kiyevin sadəcə bu sahədə siyasi xal qazanmağa çalışdığını bildirib.

Milli.Az xəbər verir ki, ABŞ prezidenti bu barədə "MS Now" telekanalına müsahibəsi zamanı danışıb.

"Ukrayna ABŞ-ın İrana qarşı əməliyyatında ona heç bir kömək etmədi və Zelenskinin dron yardımı ilə bağlı sözləri siyasi piar idi", - Tramp deyib.

Milli.Az