30 yaşına çatmamış xəyallarındakı sərvətə qovuşan Airic Z. bu uğur üçün ödədiyi ağır bədəli ictimaiyyətlə bölüşüb. Kanadada mühacir ailəsində böyüyən və uşaqlıqdan qənaətcillik ruhunda yetişən gənc 21 yaşından etibarən maaşının ən azı 50%-ni kənara qoymağa başlayıb.
Milli.Az xəbər verir ki, Airic Z.-nin topladığı sərvətin arxasında şəxsi rahatlıq və sağlamlıqdan verilən ciddi güzəştlər dayanır.
Maddi qənaət naminə eyni yastıqdan 12 il istifadə edib. Yalnız xroniki baş ağrıları başladıqdan sonra yeni yastıq almağa qərar verib.
23 yaşına qədər elektrikli diş fırçası əvəzinə ucuz mexaniki fırçalardan istifadə edib. Nəticədə çox sayda diş dolğusu etdirmək məcburiyyətində qalıb və sonradan anlayıb ki, keyfiyyətli fırçaya keçmək uzunmüddətli perspektivdə daha ucuzdur.
Corablarını yeniləmədiyi üçün ayaqlarında yaralar yaranıb. Qış aylarında isə isitmə xərclərinə qənaət etmək üçün soyuq evdə yaşayıb, bu isə onun iş məhsuldarlığını aşağı salıb.
O, ilk 100 min funt-sterlinqinə 25 yaşında çatıb. Airic qeyd edir ki, bu məbləğ təkcə xərcləri qısmaqla deyil, həm də fond birjasındakı (səhmlər) investisiyalar sayəsində mümkün olub.
Keçmişdəki həddindən artıq qənaətcilliyinin onu ailəsindən və sosial həyatdan təcrid etdiyini etiraf edən milyonçu artıq "şüurlu xərcləmə" modelinə keçib. İndi o, beşulduzlu otellərdə qalmağa və bahalı restoranlara getməyə büdcə ayırır. Onun hazırkı strategiyası həyat keyfiyyəti ilə qənaət arasında balans qurmaqdır.
Airic Z.-dən qənaət tövsiyələri:
Xərclərin mütəmadi izlənməsi və büdcə planlaması.
Həyat tərzini korlamadan qənaət edilə biləcək sahələrin müəyyənləşdirilməsi.
"Cashback" (pulun bir hissəsinin qaytarılması) saytlarından istifadə.
Bankların təklif etdiyi aksiya və bonuslardan yararlanmaq.
Yığılan vəsaitləri səhm və vergi güzəştli fondlarda dəyərləndirmək.
Lalə Qüdrətova
Milli.Az