Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - FOTO

20 Mart 2026 17:01

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Uca Allahdan hər kəsə möhkəm can sağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq diləyirəm! Novruz bayramınız mübarək!"

Milli.Az