Rəşad Həsənov nazir müavini təyin edildi

20 Mart 2026 16:08

Prezident İlham Əliyev Rəşad Müsəllim oğlu Həsənovu rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edib.

Milli.Az nazirliyə istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

O, 2021-2026-cı illərdə nazirin müşaviri, daha əvvəl isə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, Azərbaycan Bankında iqtisadçı vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Rəşad Həsənov Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifələrində çalışıb.

2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

Milli.Az