Asim Xudiyev UEFA-dan təyinat aldı

20 Mart 2026 16:54

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Milli.Az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.

A. Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.

Milli.Az