Bakıda kanalizasiya ÇÖKDÜ - Evləri su basıb - VİDEO

20 Mart 2026 12:40

Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su basıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Milli.Az