Xameneinin Londondakı 100 milyonluq mülkləri İsrail səfirliyinə TƏHDİDDİR - Kiv

20 Mart 2026 13:49

İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin Londondakı lüks mənzilləri ilə bağlı iddialar yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Londonun elit Kensinqton bölgəsində yerləşən həmin mənzillər strateji baxımdan ciddi səs-küyə səbəb olub.

Araşdırmalar göstərir ki, sözügedən əmlaklar birbaşa İsrail səfirliyinin arxa hissəsinə baxır və diplomatik korpusu daimi müşahidə altında saxlamağa imkan verir. Təhlükəsizlik ekspertləri bu "birbaşa baxış xətti"nin casusluq və strateji izləmə baxımından ciddi risk yaratdığını vurğulayırlar.

Məlumata görə, yüz milyonlarla dollar dəyəri olan bu mülklər müxtəlif vasitəçilər və ofşor şirkətlər şəbəkəsi vasitəsilə əldə edilib.

Qeyd edək ki, sözügedən fakt İran rəhbərliyinin xaricdəki geniş maliyyə və daşınmaz əmlak imperiyası ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

Milli.Az