İsrail bu ölkəyə də hücum etdi

20 Mart 2026 11:51

İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.

IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.

Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını vurğulayıb.

Milli.Az