İllər sonra BARIŞDILAR

20 Mart 2026 10:34

Küsülü olan meyxanaçılar Vüqar Əbdülov, Sadıx Mustafayev və müğənni Əminə Şirin uzun müddət sonra bir araya gəliblər. 

Milli.Az xəbər verir ki, ifaçılar birlikdə "Xəzər axşamı" verilişinə birlikdə qatılıb. Onlar barışdıqlarını açıqlayıblar.

Əminə "Olur, normal şeylərdir. Adam bir evin içində də küsür. Ortada elə bir şey olmayıb ki, ürəyimdə qalsın. Özüm küsüb, özüm barışıram, özüm vurulub, özüm ayrılıram. Sadıxla da ciddi nəsə olmayıb" deyə, barışıqları haqda söyləyib.

Vüqar isə "Adamın Allahı olar, ilk barışıq addımı məndən gəlib" sözlərini əlavə edib. 

Qeyd edək ki, Əminə Vüqarla küsülülüklərinin səbəbini açıqlayarkən "Zəng vurdu, dedim ki, nəsə istəməzdən əvvəl hal soruş. Vüqar zəng etdi ki, dur gəl oxu. Getmədim. Sonra anamla bir məclisə getmişdik. Ondan böyük hörmətsizlik gördüm. Beş qat artıq cavabını aldı. Olmaz bunu etmək. Mübahisə davaya gəlib çıxdı" sözlərini deyib. Onlar məclisdə böyük dava etmişdilər. /Axşam.az

Milli.Az