"İrana qurudan əməliyyat ola bilər"

20 Mart 2026 10:24

İsrail Baş naziri Benyamin Netanyahu İranda quru əməliyyatının olacağını istisna etməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, mətbuat konfransında deyib.

O, İran ərazisinə tammiqyaslı hərbi müdaxilə olmadan inqilaba nail olmağın mümkün olmadığını bildirib.

"İnqilablar havadan baş vermir - bu doğrudur. Mütləq qurudan müdaxilə olmalıdır. Bu komponentin bir çox variantı var. Bu variantları açıqlamayacağam", - deyə o qeyd edib.

Milli.Az