Cənubi Şetland adaları sahillərində 6,6 maqnitudada zəlzələ qeydə alınıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 117 000 nəfər əhalisi olan Punta-Arenas (Çili) şəhərindən təxminən 1 248 km cənub-şərqdə olub.
Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. /report
Milli.Az