Ramazan ayının başa çatması ilə əlaqədar Təzəpir məscidində bayram namazı qılınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Qeyd edək ki, bu gün Əjdərbəy məscidində isə bayram namazı saat 08:00-da qılınıb.
Minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanma diləyiblər.
Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.
Milli.Az