Bu gün Ramazan bayramı qeyd olunur

20 Mart 2026 00:05

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Milli.Az-ın məlumatına görə, Bakı məscidlərində saat 08:00-09:00 arasında bayram namazı qılınacaq.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqvimin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda ramazan ayı fevralın 19-dan başlayıb.

Milli.Az