Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün

19 Mart 2026 23:48

Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərinin çox aşağı olduğunu və yüksək miqdarda qatqı maddəsi ehtiva etdiyini bildirirlər.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, paketlənmiş ağ tost çörəklərin saxlanma müddətini uzatmaq və yumşaq teksturasını qorumaq üçün müxtəlif kimyəvi qatqılarla zənginləşdirilir. Bu məhsullar adətən rafinə edilmiş (təmizlənmiş) unla hazırlandığı üçün lif, vitamin və mineral baxımından çox kasıbdır. Həmçinin yüksək qlisemik indeksləri səbəbindən qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilirlər.

Rafinə edilmiş karbohidrat tərkibli bu çörəklər toxluq hissi yaratmır. Bu isə gün ərzində daha tez-tez acmağa və daha çox kalori qəbuluna səbəb olur.

Daha balanslı bir qidalanma üçün ekspertlər aşağıdakı çörək növlərini tövsiyə edirlər:

Tam buğda çörəyi

Çovdar çörəyi

Tam dənli (taxıllı) çörəklər

Bu növ çörəklər yüksək lif tərkibi sayəsində həzm sisteminə kömək edir və toxluq müddətini uzadır.

Son illərdə aparılan tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidaların intensiv istehlakı piylənmə, ürək-damar xəstəlikləri və metabolik pozuntularla birbaşa əlaqəlidir. Mütəxəssislər mağazalardan çörək alarkən etiketin üzərindəki tərkib hissəsini diqqətlə oxumağı və mümkün qədər təbii tərkibli qidalara üstünlük verməyi vurğulayırlar.

Lalə Qüdrətova
Milli.Az