"Musiqiçilərə ən çox pul verən mənəm"

19 Mart 2026 22:00

"Xanım sənətçilərdən mənim üzərimə yoxdur. Bunu musiqiçilər deyir. Çalışıram heç bir musiqiçinin gözü pulda qalmasın".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Gün ortası" verilişində deyib. Sənətçi musiqiçilərə ən çox qonorar verən ifaçı olduğunu deyib:

"İfaçılar var ki, bəlli məbləğ danışır və onu ödəyir. Yaxşı musiqiçinin öz qiyməti var. Müğənninin arxasında gözəl musiqiçi olmalıdır. Müğənni yaxşı qonorar alır. Amma məclisdə insanların musiqiçilərə verdiyi şabaşa əl vurmuram, özlərinə verirəm. Amma eləsi var ki, alır həmin pulu".  (Axşam.az)

Milli.Az