Vəfa Şərifova Novruz çərşənbələrinin maraqlı adətlərindən biri sayılan "üzük falı"na baxıb.
Milli.Az xəbər verir ki, müğənninin bununla bağlı paylaşımı qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
O, üzüyünü suyun üzərinə qoyaraq falına baxıb. Həmin an üzüyün suya düşməsi, ənənəyə görə, insanın tezliklə ailə quracağına işarə kimi qəbul olunur.
"Mən getdim... Haydı, salamat qalın", - deyən V. Şərifovanın şəxsi həyatı uzun müddətdir müzakirə olunur. Bir müddət əvvəl o, iş adamı Famil Xəlilov ilə ayrıldığını bildirib. Onların rəsmi nikahının olmadığını da məhz müğənni etiraf edib.
Cütlüyün bu münasibətdən bir qız və bir oğlu var. (Yeni Sabah)
Milli.Az