Paytaxtın iki rayonunda oğurluq edən şəxslər tutuldular

19 Mart 2026 17:08

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən binaların birinə daxil olaraq 2200 manat dəyərində kombi aparatı, akkumulyator, su sayğacı, mühərrik və naqil oğurlayıb. 

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı S.Muradov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun taladığı əşyaları metal qəbulu məntəqəsinə satdığı məlum olub.

Bundan başqa, Suraxanı rayonu ərazisində yerləşən obyektlərin birindən 2350 manat dəyərində mis boruları oğurlamaqda şübhəli bilinən 29 yaşlı C.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Milli.Az