Bakı metrosunda təhlükəli anlar YAŞANDI - YENİLƏNİB

19 Mart 2026 18:08

"Bakı Metropoliteni"nin "İçərişəhər" stansiyasında eskalatorlardan birinin işində yubanma yaranıb.

"Bakı Metropoliteni"ndən Milli.Az-a verilən məlumata görə 16:10-da kənar əşya düşməsi səbəbindən eskalatorun işində ləngimə yaranıb. Yad cisim götürüldükdən 1 dəqiqə sonra eskalatorun fəaliyyəti bərpa olunub.

---------

Bu gün günorta saatlarında "Bakı Metropoliteni"nin "İçərişəhər" stansiyasında eskalatorlardan birində nasazlıq baş verib.

Şahidlərin Milli.Az-a verdiyi məlumata görə, hərəkət edən eskalator qəfildən dayanıb və sərnişinlər üçün ciddi təhlükə yaradıb. Hadisə zamanı sərnişinlər ani dayanmanı görüb ehtiyatla hərəkət etməyə çalışıblar, lakin bəzi şəxslər qorxu və təlaş içində qalıb.

Ayxan

Milli.Az