İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq

19 Mart 2026 16:24

Yaxın Şərqin ən mühüm tranzit nöqtələrindən biri olan İraqın səmasında sükut davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hava nəqliyyatı dispetçerlərinin açıqlama və xəbərdarlığına əsasən, ölkənin aviaməkanı təhlükəsizlik səbəbindən ən azı martın 22-nə qədər bütün mülki və kommersiya uçuşları üçün tamamilə bağlı qalacaq.

"Hazırkı vəziyyətdə təhlükəsizlik protokolları ən yüksək səviyyədə tətbiq olunur və hava məkanından istifadənin bərpası yalnız risklərin tam aradan qaldırılmasından sonra mümkün olacaq", - deyə hava nəqliyyatını həyata keçirən qurumun məsul şəxsi bildirib.

Qlobal aviaşirkətlər öz marşrutlarını təcili şəkildə dəyişdirməyə məcbur olublar.

Milli.Az