Sumqayıt şəhərində qadın dəm qazından boğulub.
Milli.Az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində baş verib.
Martın 18-də axşam saatlarında şəhər sakini, 1987-ci il təvəllüdlü Xəyalə Kərimova yaşadığı evin hamamında dəm qazından boğulub ölüb. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Milli.Az