Bakıda 20 yaşlı qız binadan yıxılıb həlak oldu

19 Mart 2026 14:13

Bu gün saat 01 radələrində Bakıda faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203 ünvanında qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Turan Adil qızı Şirinli yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo

Milli.Az