65 yaşlı kişi faciəli şəkildə ÖLDÜ

19 Mart 2026 14:06

Şəmkirdə bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü A.Məmmədov yaşadığı evin qarşısında lampanı dəyişən zaman nərdivandan yıxılıb. 65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./Apa

Milli.Az