Ağdam sakini Nuranə sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Milli.Az xəbər verir ki, o, "TikTok" hesabında dövlət tərəfindən ailəsinə təqdim olunan mənzilin görüntülərini yayımlayıb. Paylaşılan video qısa müddətdə izləyicilər arasında maraq doğurub və geniş müzakirələrə səbəb olub.
Görüntülərdə mənzilin daxili tərtibatı, otaqların genişliyi və müasir dizayn xüsusiyyətləri diqqət çəkir.
İzləyicilər həm xoş təəssüratlarını bölüşərək təriflər yazıb, həm də belə layihələrin əhəmiyyətini vurğulayıblar.
Hüseyn
Milli.Az