Türkiyədə azərbaycanlıya hücum: Döyüb eyvandan atdılar

19 Mart 2026 11:56

Türkiyənin Arifiye rayonunda 30 yaşlı azərbaycan vətəndaşına qarşı ağır zorakılıq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, məlumata görə, o, bir və ya bir neçə şəxs tərəfindən döyüldükdən sonra binanın birinci mərtəbəsinin eyvanından aşağı atılıb.

Hadisə axşam saat 22:30 radələrində Fatih məhəlləsi ərazisində qeydə alınıb. Yerli sakinlər yerdə hərəkətsiz vəziyyətdə uzanan şəxsi gördükdən sonra dərhal təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerinə gələn həkimlər ilkin müayinədən sonra gəncin əvvəlcə döyüldüyünü, daha sonra isə eyvandan atıldığını müəyyən ediblər. Ona baş travması və müxtəlif bədən xəsarətləri diaqnozu qoyulub.

Yaralı gənc dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağır olaraq qalır.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Fidan
Milli.Az