PSJ-də ciddi İTKİ

19 Mart 2026 10:50

"Pari Sen-Jermen"in hücumçusu Bredli Barkola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda sağ topuğundan ciddi şəkildə burxulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi saytına istinadən bildirir.

Mənbənin məlumatına görə, Paris klubu Barkolanın qarşıdakı həftələrdə oynaya bilməyəcəyini təsdiqləyib. O, həmçinin Fransa millisinə çağırılacağına da ümid edə bilməyəcək.

Luis Enrikenin komandası "göylər"i ümumi hesabla 8:2 məğlub edərək yarışın dörddəbir finalına yüksəlib.

Milli.Az