Səhər saatlarından etibarən İran İsrailə dayanmadan zərbələr endirir.
Milli.Az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.
Bildirilib ki, raket hücumundan sonra İsrailin şimal bölgələrində güclü partlayış səsləri eşidilib.
Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Milli.Az