"Qalatasaray" klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a 0:4 hesabı ilə məğlub olduğu oyunda iki futbolçusu ciddi zədə alıb.
Milli.Az xəbər verir ki, komandanın nigeriyalı hücumçusu Viktor Osimhenin sağ qolunda sınıq aşkarlanıb.
Onun qoluna gips qoyulub. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək.
Komandanın cinah hücumçusu Noa Lanqın isə sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində əməliyyat olunmalıdır.
Xatırladaq ki, V.Osimhen birinci hissənin sonunda, N.Lanq isə 80-ci dəqiqədə əvəzlənib. Türkiyədə "Liverpul"a 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
Milli.Az