"Qalatasaray"ın hücumçusu Noa Lanq Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Liverpul"la qarşılaşmada ciddi zədələnib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə "Enfild"də keçirilən oyunun sonlarına yaxın baş verib. Fasilənin sonunda əvəzedici heyətlə meydana çıxan oyunçu reklam lövhəsinə şiddətli toqquşma nəticəsində oyunu tamamlaya bilməyib. İlkin məlumatlara görə, Lanq qolundan ciddi zədə alıb.
Oyunçu meydandan xərəkdə çıxarılıb və "Liverpul" azarkeşləri onu alqışlayıblar. Mauro İkardi zədəli oyunçunu əvəzləsə də, oyunun gedişatını dəyişə bilməyib.
Matç ingilis klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb və "Qalatasaray" turnirdə mübarizəsini dayandırıb.
Milli.Az