Lalə Azərtaşın bağlandığı iddia edilən verilişi, "Təsir dairəsi" bu gün yayımlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı öz saatında canlı efirə çıxıb.
O, verilişdə yayımın dayandırılması ilə bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, ötən gecə "Təsir dairəsi" proqramının bağlandığı ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, Zaur Baxşəliyevin təqdimatında olan "Bizimləsən", Zaur Nəbioğlunun "Rəngarəng", eyni zamanda Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılıb.
Milli.Az