"Paytaxtın üç rayonunda söküntü işləri aparılacaq. Bunlar Binəqədi, Yasamal və Nəsimi rayonlarının müəyyən küçələrini əhatə edəcək".
Milli.Az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, söküntü işləri mərhələli qaydada aparılacaq və köhnə binaların hamısı bir anda sökülməyəcək:
"Söküntü işləri yalnız qəzalı və yararsız binalarla məhdudlaşacaq. Bu proses nəticəsində sökülən yerlərdə yenidən inşa olunacaq yeni tikililər qiymət baxımından yüksək olacaq və şəhərin inkişafına əlavə töhfə verəcək.
Üç rayon üzrə söküntü aparılacaq ərazilər bunlardır:
Yasamal rayonu:
Sovetski ərazisinin qalan hissəsi
Dağlıq küçəsi
Təzəpir məscidi ətrafı
Nabat Aşurbəyova və Rza Quliyev küçələri
İnşaatçılar prospektinin ətrafı, Nizami küçəsinin daxili məhəllələri
Nəsimi rayonu:
Cəlil Məmmədquluzadə küçəsi (tramvay yolu ilə bağlı)
Ceyhun Hacıbəyli və ətraf küçələr
Topçubaşov, Səməd Vurğun, Mirzə İbrahimov və Xaqani küçələrinin bəzi hissələri
Mirəli Qaşqay küçəsi
Binəqədi rayonu:
İkinci mədən küçəsi
Əcəmi Naxçıvani, Şövkət Məmmədova, Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli və İsrafil Həşimov küçələri
8-ci mikrorayon və Biləcəri qəsəbəsinin bəzi binaları"
Milli.Az