İrandan bu ölkəyə qaz tədarükü tamamilə dayandırıldı

18 Mart 2026 20:40

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın qaz infrastrukturuna edilən hücumdan sonra qaz tədarükünün dayandırılması İraq elektrik şəbəkəsində 3 min meqavat enerjinin itirilməsinə səbəb olub.

Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub, elektrik sistemi pozulub və səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.

Milli.Az