İki ölkə arasında atəşkəs elan olundu

18 Mart 2026 20:35

Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb.

Milli.Az bildirir ki, bu barədə ölkənin informasiya naziri Attaullah Tarar məlumat verib.

Onun sözlərinə görə, qərar Ramazan bayramının yaxınlaşması, eləcə də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin müraciətləri nəzərə alınaraq qəbul edilib. (Sfera.az)

Milli.Az